Taksilərlə bağlı qanun nizam-intizam yaradacaq?

 

Taksi fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. Bunlardan biri də yeni rüsumlarla bağlı məsələdir ki, taksi fəaliyyəti üçün icazə sənədi 7 il müddətinə verilir və 125 manat rüsumu var.

Bu sözləri açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı danışarkən deyib.

“Hər bir sürücü sonradan illik 25 manat ödəməklə icazə almalıdır. Əlavə olaraq da hər ay fərqlənmə nişanına 18 manat pul ödəməlidir. Üstəlik sosial müdafiə üçün vergilər, rüsumlar da olmalıdır. Burda tibbi arayış məsələsi də var. Belə baxırıq ki, sürücülərin üstünə çox böyük xərclər gəlir.

Digər məsələ isə taksi sürücüsünün təlimə cəlb olunması, serfikat almasıdır ki, bu da onun təlimi keçdiyini və küçələri, yolları yaxşı tanıdığını bildirsin. Bununla bağlı da müəyyən işlər görüləcək. Hər bir halda hesab edirəm ki, burda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı kifayət qədər ciddi addımlar nəzərdə tutulur”, – ekspert bildirib.

E.Muradlı qeyd edib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsində həm də tıxaclara qarşı mübarizə arqumenti var:

“Qanunsuz taksi fəaliyyətlərinin sayı-hesabı yoxdur. Azərbaycanda 67 min çivarında taksi fəaliyyət göstərir. Bunların cəmi 2 minə yaxını fərqlənmə nişanı alır. Qalanı qanunsuz fəaliyyət göstərir. Yəni heç 10 faizi belə fərqlənmə nişanı almır. Azərbaycanda bu qədər taksiyə ehtiyac yoxdur. Real taksi fəaliyyəti göstərən insanlar qalmalıdır. Bu qədər qayda-qanun tətbiq olunursa, düşünürəm ki, mövcud say bir xeyli azalacaq. Ağır bir prosses olsa da, diqqətli və incə davranmaq lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password