“Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub

 

UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. “İnter” isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) – 1:0
Qol:
 Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password