Məğlub ölkə olan Ermənistan “yatıbmı”? – Azərbaycan isə …

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz düşmən ölkə olan Ermənistan iqtisadiyyatında informasiya texnologiyaları (İT) sektorunun inkişafı ilə bağlı ilginc məlumatları ictimailəşdirib.

Mütəxəssis düşmən ölkənin İT sahəsində əldə etdiyi uğurların bizi narahat etməli olduğunu bildirməklə yanaşı Azərbaycanda bu sahənin inkişafı üşün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Osman Gündüz yazır:

Məğlub ölkə olan Ermənistan “yatıbmı”?

Məğlub ölkə ilə bağlı bəzi rəqəmləri paylaşmaq qərarına gəldim.

Düşündüm ki, bizim bəzi qərar qəbul edənlərimiz, rəsmilərimiz elə bilərlər ki , Ermənistan “yatıb”, yaxud başı qarışıb.

Əslində isə elə deyil.

Ermənistanın yalnız bir sahəsi, İT sektorla bağlı son zamanların bəzi yeni rəqəmlərini paylaşıram:

1. Bu ölkənin rəsmi hesabatına görə 2022-ci ildə İKT -nin dövriyyəsi 1 milyard $ olub. Ötən ilə nisbətən sektorda 65% artım olub .Son 5 ildə artım 239% olub.

Hazırda sektorda təxminən 3500 şirkət və 20 min işçi çalışır.
ÜDM-in 5%-i İT yönümlüdür. Yaxın illər üçün 10 dəfə artırmağı hədəfləyiblər.

Yəni, Ermənistan yaxın illərdə büdcəni əsasın İT-dən formalaşdırmağı nəzərdə tutub

2. Rusiya-Ukrayna müharibəsindən sonra bu ölkəyə 118 min insan relokasiya edib(rəsmi statistikadır), əksəriyyəti İT sektora fokuslanıb

Bu ölkənin İT sahəsi üzrə rəsmilərin çıxışlarından görmək olar ki, müharibədən sonra Rusiyadan olan təxminən 1000 şirkət Ermənistanı seçib.

3. Ötən ay “Team Telekom Armenia” operatoru Gürcüstanın əsas telekom operatorlarından olan SkyTel-in 30% aksiyasını alıb.

Bizim isə bir şirkətimiz Caucasus Online magistral provayderini alanda Gürcüstan hökuməti min bəhanə ilə buna əl qoyub.

4. Ermənistan telekom infrastrukturunun əsas sahibi, Rostelekom-un GNC Alfa şirkəti bu ölkədə nəhəng Data Mərkəz tikir. Gələn il istifadəyə veriləcək.

Ötən ay İrəvanda 125 milyon $ dəyərində “Dalan” Texno Mərkəzin də bünövrəsini qoyublar

5. EPAM-dan sonra, yenicə trilyonerlər sırasına qatılan ABŞ-ın NVİDİA şirkətinin rəhbəri bir müddət öncə Paşinyanla görüşüb və bu ölkədə şirkət açıb.

6. Bir neçə gün öncə qlobal StartupBlink tədqiqat mərkəzinin hesabatına görə Ermənistanın startap və innovasiya mühiti regionda xeyli güclənib, 100 ölkə arasında 57-cı yerdədir. Maraülıdır ki, müharibədən sonra 10-15 pillə geriləyən Ermənistan iki il ərzində yenidən əvvəlki yerini bərpa edib.

Diaspora böyük pullar ayırır sektora.

Təkcə bu ilin 3 ayı ərzində, Ermənistan startapları 47 miln $ investisiya alıblar. Milyardlıq startapları var.
Yeri gəlmişkən, bizim İRİA və Caucasus Ventures fondumuz 3-4 startapa 5-10 manat investisiya yatırıblar, onu da gizli saxlayırlar…

7. Ötən il İspaniyanın SATLANTİS şirkətinin köməyi ilə ArmSat1 müşahidə peykini orbitə qaldırıblar. İndi idarəetmə mərkəzi tikirlər. 2028-ci ilədək daha 2 peyk hazırlamağlı hədəfləyiblər.

8. Cari ildə “Telecom Armenia” 700 Mgh tezlikdə, “MTS Armenia” isə 800 Mgh tezlikdə hökumətin 5G lisenziyalarını alıblar və hazırda infrastruktur qururlar

Bir daha qeyd etmək istərdim, bütün bunlar yeni, MÜHARİBƏDƏN SONRAKI illərin məlumatlarıdır.

Yəni, 2-ci Qarabağ Savaşından məğlub çıxan ölkə tam sürətlə toparlanır.

Bu məlumatları da ona görə paylaşdım ki, qərar qəbul edənlərimiz, hökumətimiz, elə hamımız fərqində olaq ki , düşmən ölkə “yatmayıb”.

Yaxın perspektivdə büdcələrini xeyli artıra biləcəklər. Və şübhəsiz ki, revanş götürmək istəyəcəklər.

Düşünmək olar ki, sülh sazişinin uzadılmasında onların əsas məqsədləri də məhz bununla bağlıdır.

Ümid edirəm xüsusi xidmətlərimiz və hökumətimiz də bütün bunların fərqindədir… /aztoday.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password