Xankəndində “çevriliş” gözlənilir – Arutunyanı devirmək istəyən Babayan kimə xidmət edir?

 

Babayan “artsax”da iğtişaşlar təşkil etmək, “dövlət təşkilatlarına” girişləri bloklamaq və 2018-ci ildəki inqilab ssenarisini Xankəndində təkrarlamaq istəyir.

Ermənistanın “Hraparak” qəzeti Qarabağdakı separatçı hakimiyyətin belə bir məlumat aldığını yazıb.

Yazıda qeyd olunur ki, separatçıların hazırkı rəhbərliyi ilə qondarma qurumun sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma “çevrilişlə” nəticələnə bilər.

Xatırladaq ki, 3 gün öncə Araik Arutunyan Xankəndində kütləvi aksiyalara qadağa qoyulması barədə qərar vermişdi. “Hraparak” yazır ki, bu qadağa məhz S.Babayanın hazırladığı “çevrilişə” imkan verməmək üçün tətbiq edilib.

S.Babayan bir müddət əvvəl qondarma rejimin “dövlət naziri” postuna iddiasını ortaya qoyub. Rusiyanın emissarı olan Ruben Vardanyan bu “vəzifədən” atılandan sonra həmin “postu” qondarma qurumun sabiq “prokuroru” tutub.

Ancaq Babayan “çiçəyi burnunda” yeni nazirin istefaya göndərilməsini və onun yerinə özünün təyin edilməsini Arutunyandan tələb edir.. Hətta mayın 15-də bu tələblə çıxış edən Babayanın bir qrup tərəfdarı Xankəndində mitinq keçiriblər. Aksiyaçıların tələblərinə cavab verən Arutunyan qərar vermək üçün 10 gün vaxt istəyib. Ancaq həmin vaxt bitsə də, Babayanın tələbi yerinə yetirilməyib. Bundan sonra “Hraparak”-ın yazdığına görə, qondarma qurumun “müvafiq orqanları”na Babayanın iğtişaşlar və “çevriliş” hazırladığı barədə məlumat daxil olub.

Qəzet yazır ki, bunu görən Xankəndindəki Rusiya hərbi kontingentinin rəhbərliyi Arutunyana kütləvi aksiyalara qadağa qoymağı məsləhət bilib. Nəticədə Arutunyanın qadağa qərarının da məhz “sülhməramlıların” təklifi əsasında verildiyi məlum olub.

Maraqlıdır ki, erməni mətbuatı Qarabağdakı separatçıların didişməsinin sadəcə, Babayan-Arutunyan qarşıdurması olmadığını, Arutunyanın arxasında Moskvanın, Babaynın arxasında isə İrəvanın durduğunu yazır. Babayan bu iddiaları rədd etsə də, onun Paşinyan hökumətilə anlaşdığına dair məlumatlar var.

Əgər bu məlumatlara inansaq, belə çıxır ki, Paşinyan təkcə Ermənistanda yox, Qarabağ erməniləri arasında da Rusiyanın təsirini azaltmağa çalışır…

Bütün bunlarla yanaşı, belə görünür ki, separatçılar arasındakı bu didişməni və “hakimiyyət davası”nı həll edəcək yeganə qüvvə var – Azərbaycan Ordusu!/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password