Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubiyyətlə üzləşəcək – Yücel Karauz

 

Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubiyyətlə üzləşəcək.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistan dövləti 10 noyabr bəyannaməsindən 31 ay keçməsinə baxmayaraq, üç tərəfli bəyannaməyə, Moskva, Brüssel, Vaşinqton görüşlərində verdiyi vədlərə əməl etmir.

“Ermənistan bunu niyə edir? Çünki o məğlub olduğunu, heç bir şey əldə edə bilməyəcəyini bilir. Ermənistan 32 ildə 1988-ci ildən bəri onu qoruyub-qollayan, himayəyə götürən “dayı-dayılıq” edən, silah-sursat verən ölkələrdən kömək istəyir, mədət umur, bir çıxış yolu axtarır. Hara gedir getsin, kimdən kömək istəyir istəsin, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin mövqeyi, prinsipləri və Azərbaycanın nə istədiyi bəllidir. Lakin qarşımızda sürüşkən, sözündə durmayan, beynəlxalq münasibətlər baxımından da bir ölkəyə yaraşmayan bir dövlət var. Bunu da anlamaq lazımdır.

Ermənistan bir vəkalət dövlətidir. Onun arxasında birdən çox himayədarlıq edən dövlət var. Ermənistana dəstək verən “day-daylarının” bir-birlərinə qarşı siyasi hədəfləri var. Ermənistan ona himayədarlıq edən ölkələrin mənfətinə uyğun xidmət etmək istədiyi zaman onların siyasi çıxarlarını qorumaq məcburiyyətində olur və beləcə hərəsinə bir vəd verir. Məsələn, Rusiyaya ayrı bir şey deyir, Brüsselə, Vaşinqtona, Parisə, İrana isə ayrı bir söz deyir. Ona görə də bu məsələ hadisələri çıxmaz döngəyə aparır. Ermənistan sülhü qəbul etməli, tarix boyu aldığı ən böyük məğlubiyyətin fərqinə varmalı və Azərbaycanla ortaq nöqtəyə gəlməlidir.

General bildirib ki, Ermənistanın bu hərəkətləri Rusiya sülhməramlılarının sərhəddə iş müddəti bitənə qədər davam edəcək.

“Onlar bu vaxt ərzində zamanın əleyhinə işlər çevirəcək və Ermənistan Fransadan, İrandan silah alaraq məğlub ordusunu təkrar toparlamağa çalışacaq. Amma bu heç bir şəkildə fayda verməyəcək.

Ermənistan ya Türkiyə və Azərbaycanla barışacaq, ya da yenidən məğlubiyyətlə üzləşəcək. Özü olmayan dövlətlər gec-tez yox olacaqlar. Ermənistanın birdən çox himayədarını eyni anda xoşbəxt edə bilməsi mümkün olmadığına görə, planladıqları çıxarları bir gün dəmir yumruq halında başlarına dəyəcəkdir”, – deyə Yücel Karauz vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password