Sığortanın əhəmiyyəti nədir – Ekspert açıqlayır

 

Sığorta şəxslərin əmlakı həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan  olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Bunları Aktulinfo.org-a açıqlamasında Azərbaycan Sığortaçılar Asossasiyası (ASA) ekspert qrupunun üzvü Fariz Hacızadə deyib.

Ekspert əlavə edib ki, həmçinin sığorta bir ölkənin maliyyə sistemini təşkil edən zəncirin əsas halqalarındandır. Cəmiyyətin əsas inkişaf kateqoriyalarından biri də sığorta anlayışının təkamülü prosesi sayılır. Sığorta, tarixi kateqoriyadır və ümumi istehsalın ilk zamanlarında yaranaraq, istehsalçıları hər hansı risklərdən: ümumi istehsal, təbiət hadisələri, həyat itkisi kimi qoruyan  mexanizmə çevrilmişdir. Təsadüfi yaranmasına baxmayaraq, bir müddət sonra əhatə dairəsini genişləndirərək istehsal prosesinin iştirakçıları arasında  obyektiv lazımlı bir vasitəyə çevrildi.

Fariz Hacızadənin sözlərinə görə, bəzən sığortanın  həyatımızdakı rolunun o qədərdə  vacib olmadığını baş  vərən xoşagəlməz  hadisələrin ancaq başqalarına aid olduğunu, öz qarşımıza çıxmayacağınızı ümid edirik. Lakin demək olar ki, gündəlik həyatımızda müxtəlif təhlükələr haqqında məlumatlar əldə edib, zaman-zaman özümüz də müəyyən risklərlə qarşılaşırıq. Bu hallar istər yol qəzaları və bu qəzalarda xəsarət alan insanlardan, təyyarə qəzaları, yanan binalar, oğurlanan əşyalar , ağır xəsarətlərə yol  açan iş qəzaları və daha bir çox xoşagəlməz hadisələrdəndən bəhs edir. Təbii ki, bu kimi xoşagəlməz hadisələrin arxasında əhəmiyyətli dərəcədə sığorta mövzuları haqqında ipucları var.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password