Əliyevin səfərindən sonra sürpriz gəlişmə: İki ölkə anlaşdı – Çin hərəkətə keçdi

 

Nəqliyyat yolları Avrasiya bölgəsini şəkilləndirir. Bölgə ölkələri nəqliyyat layihələrində iştiraka iddialıdır, çünki bununla onların strateji önəmi və gəlirləri artır. Avrasiyada nəqliyyat şəbəklərinin mütləq əksəriyyəti Çindən başlanır və ya başlanacaq. Azərbaycan da İpək Yolunun üzərindədir. Zəngəzur dəhlizinin əhəmiyyəti bundadır.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə vurğulanır ki, nəqliyyat yollarıyla bağlı Mərkəzi Asiya ölkələrinin liderləri arasında dialoq genişlənib:

“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu günlərdə Tacikistana səfəri və tacik həmkarı Emoməli Rəhmonla danışıqları nəqliyyat mövzularıyla bağlıydı. Aşqabad Düşənbəyə Türkmənistanın Xəzər dənizindəki limanlarına çıxmaq təklifini verib. Türkmənistan Tacikistanla yeni nəqliyyat dəhlizi də yaratmaq istəyir.

Dövlət başçıları Düşənbədə 23 sənədə imza atıblar. Liderlər Asiya, Avropa və Yaxın Şərqi birləşdirəcək ortaq infrasturkturun yaradılmasının vacib olduğunu bildirilər. Bu o deməkdir ki, Türkmənistan və Tacikistan 3 qitəni birləşdirəcək nəqliyyat yollarının öz ərazilərindən keçməsinə ümidlidir. Buna görə də əvvəlcə iki ölkə arasında ortaq infrasturkturları formalaşdırmağa çalışırlar. Türkmənistan və Tacikistanın okeanlara birbaşa çıxışı olmadığından hər iki dövlət Xəzər dənizinin imkanlarından istifadə edəcəklər. Bu mənada Türkmənbaşı limanının əhəmiyyəti artıb.

Azərbaycan da Türkmənistanla Tacikistan arasında nəqliyyat laiyhələrinin icrasına maraq göstərir. Çünki həm Türkmənistan, həm də Tacikistan Xəzərdən Avropaya Azərbaycan üzərindən çıxa bilər. Bu iki dövlət məhsullarını Bakı-Tiflis-Qars dəmir yolu ilə çatdıra bilər. Azərbaycanın həm Türkmənistan, həm də Tacikistanla sıx münasibətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl Tacikstana rəsmi səfəri zamanı ortaq layihələr müzakirə olunub”.

Mərkəzin ekspertləri deyirlər ki, Türkmənistanın Tacikistanla əlaqələri genişləndirməkdə başqa marağı da var:

“Türkmənistandan Çinə uzanacaq qaz xətti Tacikistandan keçəcək. Türkmənistan bu boru xətti ilə Çinə ildə 25-30 milyard kubametr qaz nəql etməyi planlaşdırır. Ancaq bu planın reallaşmasında problemlər var. Boru xətti Tackistanın dağ ərazilərindən keçməlidir.

Çinin CNPC neft-qaz şirkəti 2014-cü ildə Tacikistan şirkəti ilə birgə müəssisənin yaradılmasıyla bağlı saziş imzalayıb. Ortaq şirkət Tacikistan ərazisində tikinti işlərini aparmalıdır. Şirkət uzunluğu 63 kilometr olan 42 dağ tuneli inşa etməliydi. Şirkət indiyənə qədər yalnız bir tunel tikib, işlər ləng gedir. Bu durum Çin və Türkmənistanı narahat edir. Ona görə həm Aşqabad, həm də Pekin Tackistanı tələsdirməyə çalışır. Bu mövzu mayın 17-18-də işə başlayacaq Çin-Mərkəzi Asiya liderlərinin sammitində də müzakirə olunacaq. Çində keçiriləcək sammitdə Pekinin Mərkəzi Asiya ilə əlaqələrinin genişlnməsinə xüsusi diqqət ayrılacaq”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password