“Mi-8” və “Su”ların eyni anda məhvi – Ukrayna nəyi bacardı?

 

Mayın 13-də Ukraynanın əks-hücumu ərəfəsində bu proseslərə start verilib:

1. Baxmutun ətrafında gedən hərbi əməliyyatlar. Bir neçə istiqamətdə əlverişli mövqelərin tutulması, blitskriq üçün platsdarmların hazırlanması;

2. HHM sistemlərin təmas xəttinə daha yaxın mövqelərdə yerləşdirilməsi;

3. Rusiyalıların strateji obyektlərinə, hərbi infrastruktur və logistika zəncirinə kütləvi raket zərbələri.

Bu 3 proses lazımlı nöqtəyə qədər inkişaf edəndən sonra blitskriq (ildırımsürətli hücum) başlayacaq.
Beləliklə, son xəbərləri qeyd olunan proseslər prizmasından qiymətləndirək:

1. Ukrayna SQ Şərq qruplaşmasının mətbuat katibi Çerevi bəyan etdi ki, 3 gün ərzində Baxmut şəhərinin ətrafında 17.3 kv.km ərazi işğaldan azad olunub. Müqayisə üçün deyək ki, Baxmut şəhərinin ərazisi 42 kv.km-dır, 10 ay ərzində rusiyalılar 39 kv.km işğal edə bildilər. Ukrayna SQ isə 3 günə 17.3 kv.km azad etdi. Düzdür, azad olunan ərazilər Baxmut şəhərinin içi deyil, cinahlarıdır, amma cinahların tutulması şəhərin içində olan “Vaqner” üçün mühasirə riski yaradır;

2. Bryansk vilayətində 2 ədəd Mi-8 helikopteri, 1 ədəd Su-34 qırıcısı və 1 ədəd Su-35 qırıcısı vurulub.

2 ədəd Mi-8 helikopteri “Rıçaq-AV” radioelektron mübarizə komplekslərilə təchiz olunmuşdular. Bu o deməkdir ki, Mi-8-lər Su-34 və Su-35 qırıcılarını səmada Ukrayna HHM sistemlərindən qoruyurdular. Vurulma xronologiyasına diqqət yetirsək görərik ki, ilk növbədə elə bu 2 Mi-8 vurulub, ardınca Su-34 və Su-35.

2 helikopter radiolektron təhlükəsizliyi, Su-35 havada qırıcılardan müdafiəni təmin edirdi, əsas işi isə Su-34 görürdü, o Çerniqov və Sum vilayətlərində yerləşən obyektləri bombalayırdı.

3. Müharibədə ilk dəfə Luqansk şəhərinə zərbələr endirilib.

Dünən Luqansk şəhərində yerləşən hərbi texnikanın təmir zavoduna və neft bazasına zərbələr endirilib.
Bu gün Luqansk şəhərində yerləşən ən böyük hərbi kazarmaya zərbə endirilib.

Zərbələr “Storm Shadow” raketlərilə endirilmişdi. Ötən günə qədər Luqansk şəhərinə heç HİMARS M142-lər zərbə vura bilmirdi.

“Storm Shadow” raketləri yeni reallıq yaratdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password