Ərdoğanın mitinqinə 1,7 milyon insan toplaşdı
Bazar günü Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində İstanbulda keçirilən əsas və ən kütləvi mitinqində 1,7 milyona yaxın insan iştirak edib.
“Mənə çatan rəsmi məlumata görə, mitinqdə 1,7 milyona yaxın insan iştirak edir. Əgər İstanbul sakinləri seçkilərdə “hə” desələr, məsələ həll olunmuş sayıla bilər”, – Ərdoğan bildirib.
Aksiya keçmiş Atatürk Beynəlxalq Hava Limanının ərazisində yerləşən Milli Parkda keçirilib. Məlumata görə, tədbirin keçirildiyi yerə gedən metro qatarları günorta saatlarından izdihamlı olub, stansiyaların platformalarında Ərdoğan tərəfdarları ona dəstək şüarları səsləndiriblər.
Mənbə: Haber Global