Ermənistan Qarabağdan İMTİNA EDİR? – İrəvan şərtləri qəbul etməyə hazırlaşır
“Ermənistanın Qarabağdan imtina etməyə hazır olması, illərə söykənən ərazi iddiasının sonunu gətirə bilər”.
Bunu açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.
Ekspert bildirib ki, bölgədə mühüm proseslərin astanasındayıq:
“Azərbaycanın Ermənistan hərbçilərinin Aravus kəndindən Qarabağa yeganə quru yolu olan Laçın yolunun başlanğıcında müşahidə məntəqəsi qurması çox vacib qərardır.
Ermənistan siyasi hakimiyyəti başa düşüb ki, onlar Qarabağla bağlı istəklərinə çatmaq üçün Rusiyaya arxalana bilməzlər, ona görə də “düşmən” Azərbaycanla sülh axtarmaq daha məqsədəuyğundur.
İki həftə əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə illik fəaliyyəti ilə bağlı çıxışında açıq şəkildə bildirmişdi ki, o, Sovet İttifaqının dağılması zamanı Ermənistanla Azərbaycan arasındakı sərhədi tanımağa hazırdır ki, bu da Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanınması deməkdir.
Bir neçə müharibəyə meydan olmuş Qarabağ artıq Azərbaycanın tərkibindədir. 30 ildən artıq davam edən və minlərlə insanın həyatına son qoyan torpaq davasının birdəfəlik həlli istiqamətində mühüm proseslərin astanasındayıq.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi o halda realdır ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın və Ermənistan birdəfəlik daha ərazi iddiası irəli sürməyəcəyini öhdəsinə götürsün”./milli.az