Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir – “Wall Street Journal”

 

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla sülh sazişi bağlaması üçün İrəvana təzyiq göstərməlidir.

Bu barədə ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın “Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqaləsində deyilir.

“Dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar təşkil edib ki, bu da iki ölkə arasında sülh sazişinin bağlanmasında növbəti vasitəçilik cəhdidir. Bu, Vaşinqtonun vasitəçi kimi rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir və təqdirəlayiqdir. Blinken noyabrda da Bayramovu və Mirzoyanı qəbul edib, lakin bu dəfə təkcə qonaqlarını salamlamadı, həm də onların bir-biri ilə birbaşa ünsiyyətini təşviq etdi”, – məqalədə deyilir.

Müəllif həmçinin Azərbaycanın öz tərəfdaşları ilə əməkdaşlığının sürətlə inkişaf etdiyini vurğulayıb.

O qeyd edir ki, Azərbaycanın neft və qaz tədarük etdiyi Avropa ilə davamlı əlaqələrini möhkəmlətməklə Prezident İlham Əliyev eyni zamanda Türkiyə və İsraillə də dərin və davamlı müdafiə əlaqələri qurub.

“Son onillik ərzində bu əlaqələr Azərbaycanın Silahlı Qüvvələrinə öz gücünü hiss olunmayacaq şəkildə, lakin son dərəcə sürətlə artırmağa kömək etdi. Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində göstərdiyi güc bir çoxlarını sarsıtdı. Azərbaycanın Türkiyə və İsraillə əməkdaşlığı xüsusilə Tehranı qorxuya salıb”, – deyə Maykl Doran yazır.

Bundan başqa, müəllif Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqazdakı destruktiv rolundan bəhs edir.

Doran Makronun Cənubi Qafqazda diplomatiyaya çox diqqət ayırdığını və onun buradakı səylərinin Azərbaycan üçün deyil, Ermənistan üçün şərait yaratdığını qeyd edir.

“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi olaraq tanımayanadək məsələ həll olunmayacaq. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan görünür, bu addımı atmağa hazır deyil. İrəvan fikrindən daşınsa, ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək məqsədilə İrəvanla və Bakı ilə əməkdaşlıq edə bilər. Blinken üçün təəssüfedici haldır ki, senator Bob Menendes və Nümayəndələr Palatasının üzvü Adam Şif kimi ABŞ erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq göstərməkdən imtina edirlər”, – məqalədə deyilir./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password