Nazir: “Zəngəzur dəhlizi Orta Dəhlizin marşrutuna uğurla uyğunlaşır”
“Zəngəzur dəhlizi Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin) marşrutuna uğurla uyğunlaşır”.
Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən deyib.
“Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, regionun digər ölkələri üçün də bir çox üstünlükləri var”, – nazir əlavə edib.
Onun sözlərinə görə, bu dəhliz yüklərin daha sürətli daşınmasını təmin edəcək və bu, tranzit üçün ən əlverişli yoldur.
R.Nəbiyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından regionun bütün ölkələri, o cümlədən Ermənistan faydalana bilər.