Sərhəd Xidməti əməkdaşları Balakənin Məzımçay postunda süni maneələr yaradırlar

Gürcüstan Respublikası, Marneuli rayonunda yaşayan sürücü Kənan İsmayılov tərəfindən  Prezident İlham Əliyevə, Gürcüstan Respublikasının prezidenti xanım Salome Zurabaşviliyə, Prezidentin köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Gömrk Komitəsinin sədri Şahin Bağırova, Dövlət Sərhəd Xidməti rəisi Elçin Quliyevə, Gürcüstanın Azərbaycandakı Səfirliyinə  və digər bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə Balakən gömrük postunda Azərbaycan Dövlət Sərhədd Xidməti əməkdaşları tərəfindən TİR-la gətirdiyi sahibkarlara məxsus avtomobillərin qanunsuz buraxılmaması barədə müraciət unvanlayıb.
Aktualinfo.org Gürcüstan vətəndaşı Kənan İsmayılovun müraciətini olduğu kimi təqdim edir:

Nəzərinizə çatdırıram ki, mən bir sürücü olaraq özümə məxsus ( RN 072 RN nömrəli) TIR avtomobilimlə dövlətlərarası müxtəlif yüklərin daşınması ilə məşğul oluram.  Növbəti dəfə 9 ədəd müxtəlif markalı minik avtomobillərini Gürcüstan ərazisindən Azərbaycan ərazisinə keçirmək istərkən 27 aprel , saat 12-də Gürcüstan tərəfi sənədlərimin qaydasında olduğuna görə məni sərhəddən buraxmışdır. 27 aprel gecədə Azərbaycan dövlət sərhəddində yerləşən gömrük əməkdaşları da sənədlərimin qaydasında olduğunu bildirərərək “yaşıl işıq” yandırmışlar. Lakin çox təəssüflər olsun ki, Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşları məni müxtəlif bəhanələrlə 2 gündür ki, əsassız olaraq saxlayırlar. Əvvəl bəhanə etdilər ki, hələlik buraxmırıq, ona görə ki, Qaradağ rayonu ərazisində yerləşən və “Meyvəli” adlanan ərazidəki, Dövlət Qeydiyyat İdarəsində avtomobillərin sayı çox imiş, ona görə, sonrakı gün də müxtəlif bəhanələr uydurdular. Yəni bunların məqsədi budur ki, bu gün, yəni 29 apreldə saat 12-də vaxt bitsin və məni Azərbaycana buraxmasınlar ki, bəs Nazirlər Kabinetinin məlum qərarı qüvvəyə minib.

Ona görə də cənab Prezidentlər Sizlərdən xahiş edirəm ki, birlikdə Gürcüstan-Azərbaycan sərhəddinin Balakən rayonu ərazisindəki Mazımçay postunda dövlət Sərhədd Xidməti əməkdaşları tərəfindən əsassız saxlamağıma və bürokratik əngəlliklərə son qoyulsun ki, mənə etibar edilmiş avtomobilləri ünvanlarına vaxtında çatdıra bilim. Əvvəlcədən hər ikinizə minnətdarlığımı bildirirəm.

Pasprt 11.jpg

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password