Bakı Nikola şans verdi, o isə oynadı və uduzdu – Fenenko

 

Azərbaycan Ermənistanın sonsuz təxribatlarından sonra Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırıb. Paşinyan rejimi daha bir böyük məğlubiyyətə uğradı.

Bunu Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko deyib.

“Məsələ hətta keçid məntəqəsinin özündə deyil, Ermənistan daxilində onun ətrafında hansı isterikanın qızışdırılmasındadır. Bundan sonra Paşinyan öz millətçilərindən ehtiyat etməlidir, onlar şübhəsiz ki, İrəvanın belə məğlubiyyətini istəmirlər. Ermənistanın Baş naziri, böyük ehtimalla, onun üçün daha radikal bir əvəz tapmaq arzusunda olan millətçi müxalifətin güclənməsini gözləyir. Beləliklə, Nikolun problemləri daha da artacaq. Bunun günahkarı isə yalnız özüdür. Çünki o, bu keçid məntəqəsi ətrafında ölkə daxilində isteriyanı qızışdırdı, ona görə də cavabını aldı”, – ekspert bildirib.

Fenenkonun fikrincə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı addımı Bakı ilə İrəvan arasında uzunmüddətli vəziyyətin tamamilə məntiqi nəticəsidir və bunu Paşinyan uduzması kimi qələmə vermək olar:

“Paşinyanın vəziyyəti tam sülh yolu ilə, qarşılıqlı məqbul kompromislə həll etmək üçün bütün imkanları var idi. Amma o, hər şeyi etdi ki, heç bir kompromis olmasın. Hər şey Azərbaycanın bu vəziyyətdə məntiqi olaraq keçid məntəqəsi quraşdırması ilə bitdi”./axar/az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password