Fransanın Ermənistana bir dəfə də olsun çağırış etməsinin şahidi olmadıq – Ceyhun Bayramov

 

Biz Fransanın bir dəfə də olsun Ermənistana çağırış etməsinin şahidi olmadıq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iştirakı ilə bugünkü mətbuat konfransında deyib.

“Fransa Ermənistanın Azərbaycan ərazilərində qanunsuz əməllərinə, qanunsuz silahlı qruplaşmalar saxlamasına heç bir etiraz etmədi, çağırış etmədi. Fransa prezidentinin də iştirakı ilə bəyanat imzalanmışdı, ancaq biz şahidi olmadıq ki, Fransa Ermənistana hər hansı bir çağırış etsin. Bu, bölgədə gərginliyin bir nömərli səbəbidir”, – nazir əlavə edib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password