Ermənistan-Türkiyə sərhədi açılır: keçid məntəqəsinin tikintisinə başlanılıb

 

Marqara keçid məntəqəsinin ərazisi Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması yenidən gündəmə gəlib. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi ilə əldə olunan razılaşmalara əsasən, Ermənistan-Türkiyə sərhədinin yay aylarında üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması planlaşdırılır.

Artıq bununla bağlı Ermənistan tərəfindən ilk addım atılıb. Belə ki, Ermənistan Türkiyə ilə sərhəddə yeni sərhəd-keçid məntəqəsi tikməyi planlayır. Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin ərazisi Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib. Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Komitədən bildirilib.

Bir qədər əvvəl məlumat yayılmışdı ki, Dövlət Gəlirləri Komitəsi Metsamor icmasının Ağsaqqallar Şurasına müraciət edib ki, icmanın mülkiyyəti hesab edilən Marqara kəndindəki əmlak Dövlət Gəlirləri Komitəsinə keçsin.

Metsamor icmasının (buraya Marqara kəndi daxildir) administrasiyasından verilən məlumata görə, ərazinin Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilməsi ilə bağlı qərar fevralın 17-də verilib. Lakin bu qərar sənədləşdirilməli və təsdiqlənməli idi.

Dövlət Gəlirləri Komitəsindən erməni KİV-ə bildirilib ki, proses martın sonunda yekunlaşıb.

“30 mart 2023-cü ildə Marqara kəndində (Armavir rayonu, Metsamor icması) daşınmaz əmlak və onun istifadəsi və saxlanması üçün zəruri olan torpaq sahələri Ermənistan Gəlirlər Komitəsi tərəfindən notariat qaydasında təsdiq edilib. Dövlət Gəlirləri Komitəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamələri Kadastr Komitəsindən alıb”, – deyə Komitədən bildirilib.

Yeni keçid məntəqəsinin nə vaxt istismara hazır olacağı ilə bağlı suala Komitədən cavabda bildirilib ki, müvafiq işlər ilkin mərhələdədir.

Şirak rayonundakı Axurik keçid məntəqəsinin Dövlət Gəlirləri Komitəsinin tabeliyinə verilməsinin planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavabda isə qeyd edilib ki, bu keçid məntəqəsi idarənin yurisdiksiyasına verilməyib.

Marqara kəndindəki ərazinin Dövlət Gəlirlər Komitəsinin yurisdiksiyasına verilməsi ilə bağlı məlumat Kadastr Komitəsi tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, Ermənistan hökuməti aprelin 21-də Marqarada gömrük-keçid məntəqəsinin layihəsinə 28,3 milyon dram (təxminən 72 min dollar) ayırıb. Tikinti layihəsinin ümumi dəyəri, avadanlıqların alınması, layihənin ekspertizası və s. təxminən 733 milyon dram (1,9 milyon dollar) təşkil edir./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password