İrəvan-Bakı münasibətlərinin normallaşması Blinken üçün…
Ermənistanla Azərbaycan arasında gərginliyin qarşısının alınması və münasibətlərin normallaşdırılması ABŞ dövlət katibi Entoni Blinken üçün vacibdir.
bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib.
O xatırladıb ki, ABŞ dövlət katibinin bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanı olub.
“Bu bizim ciddi şəkildə məşğul olduğumuz məsələdir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bununla məşğul olur”, – V.Patel qeyd edib.
O, ABŞ tərəfinin vasitəçiliyi ilə iki ölkənin nazirlər səviyyəsində yeni görüşünün təşkil edilib-edilməyəcəyi barədə sualı cavablandırarkən isə bununla bağlı tarix açıqlamayacağını deyib.
Lakin tezliklə daha çox məlumat paylaşa biləcəyinə əmin olduğunu vurğulayıb.