TV-lər Güneyə niyə diqqət ayırmır? – Millət vəkili

 

\Güneyli soydaşlarımız, Güney Azərbaycandan olan ziyalılar onların folklorunu, mədəni gerçəkliklərini əks etdirən mövzuların işıqlandırılmasını, Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyir.

Bu sözləri millət vəkili Qənirə Paşayeva deyib.

O, telekanallarda Güneylə bağlı mədəni layihələri əks etdirən çeşidli proqramların artırılmasına ehtiyac duyulduğunu bildirib:

“Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı danışdıq. Biz ümumi dəyərləndirmə apardıq və televiziyalarımızın Güney Azərbaycanla, doğma dilimiz, adət-ənənələrimizlə bağlı güneylilərə, dünya azərbaycanlılarına ünvanlanmış proqramlarla çıxış etməsini tövsiyə etdik. Güney Azərbaycan folkloru, klassikləri, tarixi şəxsiyyətləri, mədəni-tarixi abidələri və s. əks etdirən proqramlar çoxaldılmalıdır. Ən əsası isə vahid tariximiz barədə doğru, ardıcıl formada verilişlər yayımlanmalıdır”.

Millət vəkili bildirib ki, televiziyalarda folklor, dil və etnoqrafik məzmunlu proqramların hazırlanması müsbət qarşılanar:

“Güneylilərin folkloru ilə bağlı bilgimiz artırılmalıdır. Yaxud Borçalı, Dağıstan, Dərbənd, Qərbi Azərbaycan, fərqi yoxdur, orada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatına xidmət deməkdir. O şəxslərin, o ədəbiyyatın efirlərdə təbliğatı vacibdir”.

O, belə verilişlərin yayımlanmasında dünya azərbaycanlıları üçün uyğun olacaq vaxtı da açıqlayıb:

“Hər həftənin bəlli saatlarında virtual dil akademiyaları, virtual dərslər təşkil oluna bilər. Bununla bağlı başqa xalqların oxşar layihələri vardır. Ən azı belə layihələri örnək almaq olar. Bakıdakı TV-lərimiz Amerikada məskunlaşan soydaşlarımız üçün uyğun saatlarda xüsusi proqram dəyişikliyi etmədən, problem yaşamadan bu işi apara bilərlər. Açıq desək, reklam üçün əlverişli olmayan vaxtlarda belə proqramların təşkili hər kəs üçün uyğun olacaqdır”./kult.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password