Azərbaycanda un 13% ucuzlaşıb, bəs çörək… – Qiymətlər

 

Son bir həftə ərzində Azərbaycanda unun qiyməti təxminən 3%-ə yaxın ucuzlaşıb.

Ötən həftə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 33-33,2 manat arasında dəyişib.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 33 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35,2 manata isə “Nural” MMC satıb.

Bir həftə əvvəl isə “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 34 manata, “Nural” MMC isə 36 manata satıb.
Məlumat üçün onu da qeyd edək ki, son 4 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 13%-dən çox ucuzlaşıb.

Maraqlıdır ki, unun qiymətində 13% ucuzlaşma olsa da, son 4 ayda çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password