Qarabağ ona görə “erməni olaraq” qalıb ki… – Tokarev

 

Vaxtaşırı olaraq Rusiyaya neqativ münasibət bəsləyən qüvvələr, açıq desək, Qərb Rusiyanın Cənubi Qafqazdan çıxacağı barədə rəvayətlər danışır. NATO-nun keçmiş rəhbəri Rasmussen yapon qəzeti üçün yazdığı məqalədə bildirmişdi ki, Ermənistan tək qalıb və onu qoruyan yoxdur. Tutaq ki, keçmiş baş katib doğrudan da haqlıdır. Bəs, sülhməramlı kim olacaq? Hansı tərəfdə? Yaxud hansı xalq ermənilər və azərbaycanlılar arasında dayanacaq?

Алексей Токарев: "Что ждёт Армению в случаи смены российского зонтика, на  иранский или французский" - YouTube

Bu sözləri erməni mediasına açıqlamasında rusiyalı sosioloq, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev deyib.

O bildirib ki, erməni və azərbaycanlılar arasında məhz rus sülhməramlılar dayanır və onların öz vəzifələrini yerinə yetirməməsi barədə söz-söhbətlər qəribədir:

“Avropalı siyasətçilərin işi Ermənistan sərhədinə qədər gəlmək, blokposta toxunmaq, selfi çəkmək, “Laçın dəhlizi mütləq açılmalıdır” demək və getməkdir. Budur avropalı siyasətçilərin məsuliyyəti”.

Tokarev qeyd edib ki, Rusiya selfi çəkməklə məşğul olmur:

“Qarabağın de-fakto “erməni” qalmasına görə rus sülhməramlılara minnətdar olmaq lazımdır”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password