Yeni mübarizəyə qələbə ilə başladıq – Əliyevdən savaşı bitirəcək həmlə

 

“Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərdə məhkəmlənib və strateji nöqtələrə nəzarətini bərpa edib”.

Bunu siyasi ekspert Əziz Əlibəyli deyib.

Ekspert Laçınla bağlı son gəlişmələrə diqqət çəkib:

“Hazırda Qarabağda yaşanan proseslərin son – həlledici mərhələsinin martın 28-də Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonu üzrə xüsusi nümayəndəsi təyin etməsi ilə əlaqədar qəbul edərkən başlandığını demək lazımdır.

Çıxışdan gəldiyimiz qənaətləri bu gün baş verənlər kontekstində şərh etdikdə məlum olur:

Əliyev hərbi yolun alternativi kimi “yol diplomatiyası”na başlayıb. Bu kontekstdə artıq yeni yollar salınıb, yəni ənənəvi yollardan imtina edilib. Eyni zamanda, sürətli kommunikasiya və təhlükəsizlik naminə tunellər də çəkilib.

Su hövzələrinə nəzarətimizi bərpa etdik. Hidromüharibədə də qələbə qazanmağa başladıq.

Prezidentin mesajlarından o da aydın oldu ki, məqsəd Xankəndi yoluna çıxmaqdır, artıq çıxmışıq. Yeni yolla irəliləməyə başlamışıq.

Son proseslər toqquşmasız baş verir, çünki ordumuzun gücünə qarşı çıxacaq güc yoxdur.

Azərbaycan Laçını savaşla qaytarmadı, məsələ siyasi yolla həllini tapdı, proses digər məsələlərin də həlli istiqamətində davam edir. Ötən 2.5 il ərzində Azərbaycana inanılmaz təzyiqlər edildi, amma nəticəsi olmadı. Çünki haqq bizim tərəfimizdədir, beynəlxalq hüquq da atdığımız addımları dəstəkləyir.

Böyük qələbə ilə əldə etdiyimiz bir nəticə də bu oldu ki, artıq “Dağlıq Qarabağ” termini yoxdur”.

Əziz Əlibəyli qeyd edib ki, indi Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm məcburi köçkünlərin ora tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir:

“Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri bitib. Tarixdə heç vaxt olmayan yollar salınıb. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası, eyni zamanda, hərbi mövqelərə gedən yollar inşa olunub.

Azərbaycan Ermənistanla sərhədi istiqamətində çox əlverişli mövqelərdə məhkəmlənib və strateji nöqtələrə nəzarətini bərpa edib. Kəlbəcər və Laçında ən çox tunel məhz o bölgədədir. Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq.

Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Bundan başqa, Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək, böyük enerji mənbəyi yaradadılır. Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, gündəlik 50 meqavatdan çox enerji əldə olunacaq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password