Məxfi sənəd ələ keçdi: Kremlin hədəfindəki ölkə… – Şok ssenaridə Türkiyə detalı

 

Rusiya 2021-ci ilin payızında Moldovanı ələ keçirməyə yönəlmiş plan hazırlayıb.

Bu barədə Ukraynanın “Unian” agentliyi yazır.

Ələ keçirilən sənəd “Rusiya Federasiyasının Moldova Respublikasında strateji məqsədləri” adlanır. Kremlin məqsədləri arasında Kişinyovun KTMT və Avrasiya İqtisadi Birliyinə (AİB) məcburi şəkildə cəlb edilməsi də var.

İddiaya görə, proje Rusiyanın Belarusu ələ keçirmək planına oxşar ssenari üzərində qurulub.

“Rusiyanın Moldova ilə bağlı hədəfləri hərbi-siyasi, ticarət-iqtisadi və humanitar istiqamətlərə bölünür və aktuallıq dərəcəsinə görə 2022, 2025 və 2030-cu illəri əhatə edir”, – məlumatda deyilir.

Qeyd edilir ki, Kreml 2025-ci ilə qədər Rusiyaya dost siyasi hərəkatların hesabına Moldovada rusiyapərəst əhval-ruhiyyə formalaşdırmaq istəyir. Digər məsələlərlə yanaşı, Moskva Moldovada “rumınlaşma”nın qarşısını almalı, rus dilində təhsil hesabına “ruslaşma”nı artırmalıdır.

Sənəddə Rusiyanın digər uzunmüddətli hədəfləri də müzakirə olunur. Bunlardan biri Moldovada rus dilinin beynəlxalq ünsiyyət dili kimi bərqərar olması, xüsusən də ölkədə rusdilli kütləvi informasiya vasitələrinin sayının artırılmasıdır. Həmçinin plana görə, Rusiya 2021-2030-cu illər ərzində NATO, Avropa Birliyi, ABŞ, Türkiyə və Ukraynanın Moldovaya təsirinə qarşı fəal mübarizə aparmalıdır.

Rusiya iqtisadi alətlərin köməyi ilə Kişinyova təzyiq göstərmək istəyir. Sənəddə Moldovanın Rusiya idxalından asılı olduğu bildirilir: ilk növbədə, söhbət qaz təchizatından gedir.

Qısamüddətli hədəflər də var: hökumətin Dnestryanıda Rusiyanın hərbi mövcudluğunu qarşı addımlarını dayandırmaq, Rusiya-Moldova münasibətlərinin inkişafına kömək edən qeyri-hökumət təşkilatları şəbəkəsinin yaradılması, eləcə də Qaqauziyanın paytaxtı Komratda Rusiyanın baş konsulluğunun açılmasına nail olmaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password