Priqojindən şok: Sursat çatışmır, düşmən isə fəallaşıb!
Rusiyanın “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin “Çipsa” nişanlı artilleriya komandiri ilə görüşüb və onunla mərmi çatışmazlığını müzakirə edib.
Bu barədə Priqojinin Teleqram kanalı məlumat yayıb.
“Təchizatların azalması səbəbindən hələ də kəskin sursat çatışmazlığı var, ona görə də atəş tapşırıqlarının icrasını azaltmağa məcburdurlar. Eyni zamanda, düşmən artilleriyası fəallaşıb”, – deyə qeyd edilir.
Yevgeni Priqojin bildirib ki, artilleriya heyəti fəaliyyət göstərdiyi yerə keçərkən atəşə tutulub.
“Sursat tədarükü davam edəcəkmi? – cavab verməkdə çətinlik çəkirəm. Biz tapşırıqlarımızı təyinatı üzrə yerinə yetirəcəyik”, – deyə o şikayətlənib.
“Müharibədə heç bir məhdudiyyət yoxdur. Ya tapşırığı yerinə yetiririk, ya da etmirik. Məhdudiyyət insan həyatının qiymətidir”.