Türklər seçkidə kimə səs verəcəklər? – Yeni sorğunun şəriksiz lideri

 

“Optimar” Araşdırmalar Mərkəzi Türkiyənin 26 vilayətində 2000 nəfər arasında qarşıdakı prezident və parlament seçkiləri ilə əlaqədar soğru keçirib.

Sorğuda respondentlərə “Bu gün seçki olsaydı, hansı partiyaya səs verərdiniz” sualı ünvanlanıb.

Partiyalar arasındakı səs nisbəti aşağıdakı kimidir:

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) – 40 faiz

Cümhuriyyət Xalq Partiyası (CHP) – 25.7 faiz

İYİ Partiya – 10.1 faiz

Xalqların Demokratik Partiyası (HDP) – 9.6 faiz

Millətçi Hərəkat Partiyası (MHP) – 7.1 faiz

Məmləkət Partiyası – 1.7 faiz

Yenidən Rifah Partiyası – 1.2 faiz

Səadət Partiyası – 1.2 faiz

Digər partiyaların səs nisbətləri 1 faizdən aşağıdır.

Prezidentliyə namizədlər arasında da vəziyyət fərqli deyil:

Prezident Rəcəb Tayyib Ərdoğan – 43.2 faiz

CHP lideri Kamal Kılıçdaroğlu – 13.5 faiz

Ankara bələdiyyəsinin sədri Mansur Yavaş – 11.8 faiz

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 7.4 faiz

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password