Rusiyadan Qarabağda qisas alınır – Bakı İrəvana hansı cəzanı kəsəcək?
“Avropa İttifaqının missiyasına gəlincə, bu cür toplantıların çoxunun aydın siyasi gündəliyi var ki, bu da sülhə töhfə vermək məqsədi ilə atılan addım deyil”.
Bunu açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, Bakı öz sərhəd təhlükəsizliyini müdafiə etməsə, təxribatlar davam edəcək:
“Avropa Parlamenti korrupsiya qalmaqalları və araşdırmalarla doludur, hər gün uyğunsuzluq hekayələri ortaya çıxır, siyasi çəkişmələr hətta kənar şəxslərə də siraət edir. Bu o deməkdir ki, qurumda siyasətlə bağlı hər hansı aydın konsensus yoxdur, hətta eyni partiyaların üzvləri də bir-birlərinə üz tuturlar. Belə bir şəraitdə aydın siyasi mövqe tutmaq mümkün deyil.
Bu səbəbdən ötən gün Ermənistan tərəfinin Azərbaycanla sərhəddə hərbi təxribatlarına Aİ missiyasının heç bir reaksiya verməməsi təəccüblü olmamalıdır. Heç kim məsuliyyəti öz üzərinə götürmək və ya hər hansı bir hərəkətə görə müttəfiqləri ilə gərginlik riski yaratmaq istəmir. Passiv qalmaq və qarışmamaq onlar üçün bu cür situasiyalarda daha asan qərardır. Lakin Aİ ədalətli müdaxilə etmək niyyətində olmasa və Bakı öz sərhəd təhlükəsizliyini müdafiə etməsə, Qarabağda və Zəngəzurda davam edən təxribatlar və eskalasiyalar davam edəcək və artacaq.
Bu o deməkdir ki, onun iştirakı beynəlxalq ictimaiyyət üçün arzuolunmazdır və Rusiyanın dəstəklədiyi sanksiyaya məruz qalan oliqarxlar ermənilərin bundan sonra keçə bilməyəcəyi bir qırmızı xəttdir. Lakin bu o demək deyil ki, o, pərdə arxasından “hakimiyyətini” davam etdirdə bilməz və ya onun kimiləri vəziyyətdən istifadə edə bilməz.
Vardanyan araşdırılmayana və cinayətlərinə görə məsuliyyətə cəlb olunmayana qədər, eləcə də ermənilər arasında siyasi sistem əsaslı şəkildə dəyişdirilməyənə kimi hər hansı bir kəskin irəliləyiş gözləmək olmaz. Hələlik özünü “elan edən” rejimin yaşamasına sərmayə qoyan müxtəlif maraqlı tərəflər var.
Bu dairələrdə hazırda dünyanın müxtəlif yerlərində siyasi kampaniyalara və problemlərə töhfə verən fransız siyasətçiləri, eləcə də eyni səbəbdən Rusiya da var. Nəzərə alsaq ki, Rusiya Fransanı Afrikanın bəzi hissələrindən çıxarmağa məcbur edib, demək ki, indi Makron açıq-aydın Cənubi Qafqazdakı düşmənindən revanş alır”. /milli.az