Boris Conson NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
NATO-nun hazırkı başçısı Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk etdikdən sonra Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson alyansın növbəti Baş katibi ola bilər.
Bu barədə britaniyalı diplomatın özü məlumat verib.
O, NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb: “Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”.
Qeyd edək ki, yaşlı torilər də Boris Consonun NATO-nun Baş katibi qismində namizədliyini dəstəkləyir./report.az