Pərdə arxasında şok gəlişmə: “Paşinyan Bakıyla razılaşıb, Qərb də…” – Areşev
“Azərbaycan və Ermənistan arasında ictimaiyyətə açıq görüşlərlə yanaşı, pərdəarxası müzakirələr də gedir”.
Bunu rusiyalı politoloq Andrey Areşev deyib.
“Fikrimcə, bununla paralel olaraq pərdəarxası söhbətlər gedir, layihələr mübadiləsi aparılır, hazırlanmaqda olan sazişlərə bəzi düzəlişlər edilir, səhv etmirəmsə, bunu Ermənistan baş nazirinin (Nikol Paşinyan) özü də açıqlayıb. Bu proses və onun sonu, məncə, kifayət qədər maraqlı olacaq, amma hələlik bunu dəqiq mühakimə edə bilmərik”, – ekspert bildirib.
Areşev İrəvanın istəyi ilə Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsinə də toxunub:
“Ermənistan ötən il noyabrın 23-də müvafiq texniki yardımla yanaşı, KTMT missiyasından qəsdən imtina edib, Avropaya və onun missiyasının günbəgün həyata keçirilməsinə üstünlük verib. Bu, anlaşılan məntiqdir, Rusiyada çox yaxşı başa düşülür. Təbii ki, Rusiya-Ermənistan ikitərəfli münasibətlərinə olan etimada təsir edir, fikrimcə, bu, əlaqələrə böyük ziyan vurur.
Paşinyanın Moskva və Soçidə bir şey, Qərb platformalarında başqa bir şey deməsi yeni xəbər deyil. Bunu təəssüf hissi ilə deyirəm, 90-cı illərdən bəri Rusiya-Ermənistan münasibətlərində belə bir durum olmayıb. İndi vəziyyət başqadır. Bu da obyektiv səbəblərdən dəyişib, Rusiya siyasətində müəyyən transformasiyalar var, amma Paşinyanın təsvir edilməyən daxili və xarici siyasi üslubu hamıya bəllidir və yaxın gələcəkdə oxşar epizodların şahidi olacağıq.
Burada substantiv hissə vacibdir – İrəvanla Bakı arasında danışıqların nə ilə yekunlaşacağı. Xatırlayırıq, ötən ilin noyabrında Tiflisdə görüş və hansısa sənədin imzalanması nəzərdə tutulurdu, amma alınmadı. Bu, Rusiyanın deyil, Avropada, Cənubi Qafqazda, Avrasiyada cərəyan edən və proseslərdə öz əksini tapan geosiyasi qarşıdurmadan əlavə dividendlər qazanmaq istəyən hansısa başqa oyunçunun günahı üzündən uğursuz oldu. İki ölkə arasındakı danışıqlar ara mərhələsində olsa belə, gözləmək lazımdır. Əlbəttə, mümkün vasitəçilərlə bağlı suallar var, vasitəçinin kim olacağına Bakı və İrəvan qərar verəcək. Baş verənlər sonrakı hadisələrin gözlənilməz olacağını vəd edir”.
Azərbaycan və Ermənistan arasındakı güc balansına gəldikdə, politoloq qeyd edib ki, 90-cı illərin əvvəllərində durum fərqli idi, indi isə dəyişib:
“Düşünürəm ki, sülh sazişi mövcud qüvvələr balansına əsaslanacaq. Qərb vasitəçilik çempionatını qazansa, real qüvvələr balansından çıxış edəcəklər və Azərbaycanın israr etdiyi 5 prinsip sənəddə yer alacaq. Paşinyanın çıxışlarından məlum olur ki, buna etiraz etməyəcək”./teleqraf.com