Rusiya işğal etdiyi Ukrayna ərazisinin beşdə birini itirib – Hazırda cəbhədə vəziyyət necədir?
Bir vaxtlar Ukraynanın 51.000 kvadrat mil (132.000 kvadrat kilometr-red.) ərazisini işğal edən Rusiya bunun beşdə birini itirib.
Bu barədə Britaniyanın “The Guardian” nəşrində yayımlanan təhlildə bildirilib.
Nəşrin yazdığına görə, hazırda Rusiya Ukrayna ərazisinin 40.000 kvadrat milinə nəzarət edir ki, bu da Ukraynanın ümumi əraizisinin(230.000 kvadrat mil-red.) 17 faizi deməkdir.
Təhlildə göstərilir ki, Rusiya hələ də ötən il qanunsuz ilhaq etməyə çalışdığı dörd bölgənin – Luqansk, Xerson, Zaporojya və Donetskin böyük hissəsinə nəzarət edir.
“The Guardian” yazır ki, Rusiya Zaparojya vilayəti istisna olmaqla sentyabrın 30-da ilhaq etdiyi bütün bu bölgələrdə torpaq itirib. Bu, xüsusən də, Rusiyanın iyun ayında 93 faizinə nəzarət etdiyi, indi isə 73 faizinə sahib olduğu Xersonda aydın görünür.
{“error”:”IP2Location\\Database: Database file ‘\/home\/codeads\/AIN\/vendor\/ip2location\/ip2location-php\/databases\/IP-COUNTRY-REGION-CITY-LATITUDE-LONGITUDE-ISP.BIN’ does not seem to exist.”}
Məlumatda qeyd olunur ki, Xersondan fərqli olaraq son iki ayda Donetskdə tendensiya bir qədər əksinə inkişaf edib. Belə ki, dekabrın ortalarında Donetskin 51,5 faizinə nəzarət etən Rusiya, indi bu bölgənin 54 faizinə yiyələnib.
Həmçinin qeyd olunur ki, Rusiya ən çox ötən ilin mart ayında Ukrayna ərazisinə malik olub. Mart ayından sonra Rusiyanın Kiyev ətrafında və Belarus sərhədi boyunca böyük əraizlər itirdiyi bildirilib.
Ötən ilin sentyabrında isə Rusiya beş bölgə – Çerniqov, Kiyev, Sumi, Jitomir və Nikolayevdə yüzlərlə kvadrat mil ərazi itirib və bölgədən tamamilə qovulub. Ukraynanın uğurlu əks-hücumlarından sonra Rusiya Xarkovdan da çıxarılıb. Onlar hazırda regionun yalnız 1 faizinə nəzarət edir. /azpolitika.info