Vladimir Kovalenko: “Rusiyanın Kaxovskaya SES-ə vurduğu zərbə Xersonda ekoloji fəlakətə səbəb ola bilər”

 

“Rusiyalılar Kaxovskaya su anbarı ətrafında vəziyyəti pisləşdirməkdə davam edir. Su elektrik stansiyasında partladılmış “şandorlar” (ehtiyat sipərlər) səbəbindən anbarda suyun səviyyəsi aşağı düşür, Dneprdə isə yüksəlir”.

Bu barədə Ukraynanın Novaya Kaxovka şəhərinin meri Vladimir Kovalenko bildirib.

“Rusiyalılar Kaxovskaya Su Elektrik Stansiyasında “şandorlar”ı partladıblar. Bu gün Dnepr çayına axıdılan suyun səviyyəsi çox yüksəkdir. Bu, Kaxovskaya su anbarının dayazlaşmasına, Dneprdə isə suyun səviyyəsinin kəskin şəkildə yüksəlməsinə səbəb olur. Artıq Kaxovskaya su anbarının onlarla kilometrlik quru sahilləri görünməyə başlayıb. Ona görə də rusiyalıların bu hərəkətlərinin qarşısı alınmasa, bunun nəticələrini təsəvvür etmək çox çətindir”, – deyə Kovalenko “Espresso”ya müsahibəsində bildirib.

Rusiyalılar tərəfindən müvəqqəti işğal olunmuş şəhər rəhbərinin sözlərinə görə, bunun nəticələrini təsəvvür etmək çətin olsa da, bu cür hərəkətlərin real olaraq ekoloji fəlakətə səbəb ola biləcəyini demək mümkündür.

“Kaxovka dənizi indi hər gün dayazlaşır. Mən Zaporojye atom elektrik stansiyası ilə bağlı bütün texniki məsələləri bilmədiyim üçün nəticələr barədə nəsə demək çətindir. Lakin Xerson vilayəti barədə deyə bilərəm ki, rusiyalıların bu cür hərəkətləri ekoloji fəlakətə gətirib çıxara bilər”, – deyə Kovalenko əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password