Türkiyədə zəlzələdə ən çox ölüm sayı Hatay vilayətində qeydə alınıb

 

Türkiyə sahiyyə naziri Fahrettin Koca ölkənin zəlzələ olan ərazilərində son vəziyyətini açıqlayıb.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, ən çox ölüm sayı Hatay vilayətində qeydə alınıb – 5 111 nəfər.

“Kahramanmaraşda 4 879 ölü, 9 243 yaralı. Qaziantepdə 2 141 ölü, 11 min 563 yaralı. Şanlıufada 304 ölü, 4 min 663 yaralı. Diyarbəkirdə 212 ölü, 899 yaralı. Adanada 408 ölü, 7 min 450 yaralı. Adıyamanda 3 min 105 ölü, 11 min 778 yaralı. Malatyada 289 ölü, 7 min 300 yaralı. Osmaniyedə 878 ölü, 2 min 224 yaralı. Hatayda 5 min 111 ölü, 15 min 613 yaralı. Kilis, 74 ölü, 754 yaralı, Elazığda 5 nəfər ölüb, 379-u yaralanıb”, – deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password