Azərbaycan Baş prokurorunun və onun müavinin səlahiyyəti artırılır

 

Azərbaycan Baş prokurorunun və onun müavinin səlahiyyəti artırılır.

Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif olunur.

Layihədə qeyd edilib ki, prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycanın 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilib. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.

Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

Beləliklə, Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.

Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.

Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə eyni vaxtda təqdim edilmiş digər qanun layihəsinə əsasən prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli qanunun ləğv edilməsi də təklif edilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password