Ruben də Moskvaya getdi: Dəhlizdən necə keçib?
Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib.
Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Vardanyan Rusiyada görüşlər keçirmək və özünün taleyini aydınlaşdırmaq istəyir.
Qeyd edək ki, təxminən 10 gün əvvəl qodnarma rejimin “başçısı” Araik Arutyunyanın da Moskvaya getdiyi, 3-4 gün öncə Xankəndiyə qayıtdığı haqda məlumat var.
Məlumatlara görə, Araik və Ruben arasında qarşıdurma davam edir və onların hər biri Rusiyanın dəstəyini əldə etməyə çalışır. Moskvaya getmələri də bundan qaynaqlanır.
Lakin bu iddialar doğrudursa, Araik və Rubenin Qarabağdan necə çıxdığı suallar yaradır. Çünki Laçın yolunda aksiya davam edir və yoldan, əsasən, humanitar yardımların keçidi təmin olunur. Mümkündür ki, Araik və Ruben “humanitar yardım” daşıyan maşınlarda, yaxud sülhməramlıların avtomobillərində, ya da BQXK-nin “ağır xəstə” daşıyan maşınlarında çıxıblar.