Ərdoğanın İsveçlə bağlı bəyanatına ABŞ-dan cavab: “İstəyirik ki…”

 

“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyimizi bilirsiniz. Onların NATO üzvlüyünü dəstəkləyirik. Finlandiya və İsveç NATO-ya üzv olmağa hazırdır. Onlar hazırdırlar, çünki hərbi ixtisaslara malikdirlər və bizim hər iki ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlığımız uzun illər əvvələ gedib çıxır. Birlikdə təcrübə etdik, əməkdaşlıq etdik və bilikləri paylaşdıq. Həm də bu ölkələr qabaqcıl demokratiyaya malik olduqları üçün NATO-ya üzv olmağa hazırdırlar”.

Bunları ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Jurnalistin “Ərdoğanın sözləri bu iki ölkənin üzvlüyünə qapıların mütləq bağlı olduğu anlamına gəlirmi” sualına Prays əvvəlcə dəqiq cavab vermək istəməyib. Lakin sonradan bildirib ki, bizim qiymətləndirməmizə görə, Finlandiya və İsveç NATO-ya üzv olmağa hazırdır:

“Biz bunu ictimaiyyətdə və şəxsi görüşlərdə də açıq şəkildə demişik. Son nəticədə Finlandiya və İsveç Türkiyə ilə birlikdə razılığa gəlməlidir”.

Qeyd edək ki, Prezident Ərdoğan İsveçdə Qurani Kərimin nümayişkarənə şəkildə yandırılmasından sonra bəyan edib ki, İsveç müsəlmanların dini inancına hörmətlə yanaşmasa, NATO ilə bağlı bizdən heç bir dəstək görməyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password