Niyə “Vardanyan layihəsi” məhz layihədir?

 

Suala cavab vermək üçün “Qisas əməliyyatından” sonra İrəvan-Bakı münasibətlərindəki hadisələr ardıcıllığına nəzər yetirmək vacibdir. Belə retrospektiv 3 məsələni aydınlaşdırır:

– Rusiya Sülhməramlı Kontingenti (RSK) mandatsız olması Moskvaya “yerdə” nəsə etməyə imkan vermir;
– Ermənistan Azərbaycanın “yerdə” əhəmiyyətli addımlar ata biləcəyini dərk etdi;
– Bakı Xankəndi ilə əlaqə yaratmış və ermənilərin Laçın və Zabuxdan köçürülməsini həyata keçirmişdir.

Hadisələr və məzmun

31 avqust – üçtərəfli sammit çərçivəsində Brüsseldə Bakının təklif etdiyi prinsiplər əsasında (yəni Qarabağsız) sülh sazişinin (SS) mətni üzrə işin aparılmasına dair razılıq əldə edilir → sərhəd üzrə iclas təşkil olunur → noyabrda növbəti sammit baş tutur. Bu, SS-in aktuallaşmasına dair ilk siqnal idi!

1 sentyabr – dövriyyə “Vardanyan layihəsi” buraxılır: Vardanyan Rusiya vətəndaşlığından imtina edir → Qarabağa köçür → “Artsaxın təhlükəsizlik və inkişaf” fondunu təsis edir. Hazırda fondun adı var özü isə yox.

Sentyabrın əvvəlində Rusiya Qarabağ məsələsinin “gələcək nəsillərə” saxlanılmasını nəzərdə tutan SS variantını irəli sürür. Faktiki olaraq Rusiya 2 prosesin 1 prosesdə birləşməsinə çalışır.

12-13 sentyabrda şərti sərhəddə silahlı toqquşma = İrəvan və ya 3cü tərəfin Ermənistan SQ-dəki agentlər vasitəsilə SS prosesi əleyhinə etdiyi təxribat.

27 sentyabr – Vaşinqton görüşü/razılaşması: SS prosesi və Qarabağ mövzularının bir-birindən ayrılması → Bakı-Xankəndi (assimetrik) dialoqunun razılaşdırılması. Bakı-Xankəndi ilə bağlı bəndin anlaşılmasında ziddiyyətlər olsa da, proseslərin bir-birindən ayrılması qərarlaşdırıldı.

2 oktyabr – SS mətnini müzakirə etmək məqsədilə xarici işlər nazirlərinin Cenevrədə görüşü: MQ həmsədrləri prosesdən kənar qalır və prosesin Qarabağsız 2 tərəfli əsasda aparılması möhkəmlənir.

4 oktyabr – Arutyunyan Vardanyana “dövlət naziri” vəzifəsini təklif edir. Vardanyan və layihə müəllifləri hadisələri götür-qoy etməyə başlayırlar.

6 oktyabr – Praqa sammiti: ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan Praqa bəyanatı  Qarabağ məsələsinin bir daha hallanmaması  prosesin Rusiyanın iştirakı olmadan irəli getməsi.

Oktyabrın ortaları –  “Vardanyan layihəsi” müəllifləri Rusiya KİV-lərində Azərbaycana və Paşinyana qarşı kampaniyaya başlayır.

27 oktyabr – Valdayda Putin Ermənistanı Alma-Ata bəyannaməsi əsasında sülh sazişini imzalamağa tələsməməyə çağırır → Paşinyan dərhal Rusiyanın SS layihəsini 100% dəstəklədiyini bəyan edir.

31 oktyabr – Soçi sammiti: Praqada əldə edilən nəticə (ərazi bütövlüyünün qarşılıqlı tanınması) Soçi bəyanatı ilə təsdiqlənir → Qarabağ və mandat məsələlərini mətnə daxil etmə, yəni proseslərin birləşdirilmə cəhdi iflasa uğrayır. SS prioritetdir, ondan geri dönmək/yayınmaq qəbul olunmazdır.

4 noyabr – Vardanyan “dövlət naziri” təyin olunur

Nəticə

– Proseslərin (sülh sazişi və Qarabağ) ayrılması və “Vardanyan layihəsinin” aktivləşməsi arasında əlaqə mövcuddur.
– Ziddiyyətlərə rəğmən, Bakı-Xankəndi formatı aktuallaşdıqda, Rusiya regionda tamamilə idarə olunan Vardanyanın timsalında peyda olur.
– Vardanyan RSK-nı Ermənistan rəhbərliyinin tənqidindən çıxarıb, ona beynəlxalq mandatın qazanılmasına çalışır. Fransada Araik beynəlxalq kontingent xahiş etdikdə Vardanyan müdaxilə edib, mandatın yalnız RSK üçün istənilməsini tələb etmişdir.


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, “Vardanyan layihəsi” SS prosesini dayandırmaq və danışıqlar prosesinə Qarabağ məsələsini qaytarmaq məqsədilə Rusiya tərəfindən atılan uğursuz cəhddir. Bu cür siyasətin nəticəsi olmayacaq. Əksinə, bu Bakının Laçın yolu üzərində nəzarətinin güclənməsinə gətirdi.

“Vardanyan layihəsi”nin resursu tükənmək üzrədir. Vardanyan üzərinə qoyulmuş funksiyanı natamam yerinə yetirib. SS prosesi dayansa da, yenə də gündəlikdədir. Qarabağ məsələsi isə beynəlmilləşsə də, SS prosesinin ayrılmaz hissəsinə çevrilmədi.

Üstəlik, “layihə” Qarabağ ermənilərini birləşdirmək əvəzinə separatçılar daxilində parçalanmalara, ümidsizliyin yaranmasına və Qarabağda mövcud yeganə əhəmiyyətli sənaye obyektinin işinin dayanmasına səbəb oldu./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password