Azərbaycanlılar Gürcüstanda nə qədər xərcləyib?

 

Əcnəbilər 2022-ci ildə Gürcüstanda rekord məbləğdə – 3,5 milyard dollar pul xərcləyiblər.

Bu barədə Gürcüstan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 300 milyon dollar və məhdudiyyətlərin mövcud olduğu 2021-ci illə müqayisədə 182% çoxdur.

Gəlirlərin artması turizmin bərpası və Rusiyadan miqrasiya dalğası ilə əlaqələndirilir, çünki müvəqqəti yaşayış yerinə gələn ruslar turist statusu ilə ölkədə bir ilə qədər qalmaq hüququna malikdirlər. Sonra onlar sərhədi keçməlidirlər və icazə verilən yaşayış ili yenidən başlayır.

Milli Bankın məlumatına görə, ruslar Gürcüstanda 891 milyon dollar xərcləyib ki, bu da ikinci yerdə qərarlaşan Türkiyə vətəndaşlarından 2,3 dəfə çoxdur.

Turistlər Gürcüstanda yay mövsümünün pik dövründə ən çox pul xərcləyiblər – avqustda 523 milyon dollar. İlk onluğa 100 milyon dollardan çox pul xərcləyərək Azərbaycan vətəndaşları da düşüb.

Turizm gəlirləri ölkələr üzrə bu cür bölüşdürülüb:

Rusiya – 891 milyon dollar;

Türkiyə – 399,4 milyon dollar;

Avropa Birliyi ölkələri – 333 milyon dollar;

Ukrayna – 282,3 milyon dollar;

İsrail – 270,5 milyon dollar;

Belarus – 244,2 milyon dollar;

Səudiyyə Ərəbistanı – 159,8 milyon dollar;

Ermənistan – 156,1 milyon dollar;

Azərbaycan – 100,4 milyon dollar;

İran – 91,1 milyon dollar;

Digər ölkələr – 589 milyon dollar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password