Şəhid övladları üçün güzəştlər qüvvəyə minir
Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.
“Şəhidlərimiz övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynlər, həyat yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu.
Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır. Bu şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydlanmağa imkan verəcək”, – deyə deputat qeyd edib.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə aşağıdakı güzəştlər nəzərdə tutulur:
Birdəfəlik sığorta ödənişi – həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Sığorta ödənişinin verilməsi üçün vərəsə (-lər) həlak olmuş hərbi qulluqçunun ölüm haqqında şəhadətnaməsinin surətini, notariat qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsini və vərəsə(-lər)nin şəxsiyyət vəsiqəsinin surətini müvafiq quruma təqdim etməlidir. Sənədlər təqdim edildikdən 10 iş günü ərzində 11000 (on bir min) manat sığorta ödənişi vərəsə(-lər)-nin bank hesabına köçürülür.
Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);
Prosedur: Valideyn (nümayəndə) həlak olma (vəfat etmə) barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə təqdim edir, oradan 3 (üç) iş günü müddətində müvafiq vəsait nağdsız hesablaşma yolu ilə ödənilir.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) – şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (500 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhid ailəsi statusu haqqında müvafiq arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd almaq hüququ olan ailə üzvlərinə təyinat aparılaraq ödənişə göndərilir.
Ailə başçısını itirməyə görə pensiya (aylıq) – şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: – Şəhid zabit, gizir və müddətdən artıq xidmət edən (MAXE) şəxs olubsa, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvlərindən biri şəhidin xidmət keçdiyi quruma müraciət edir; həmin qurum məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsi şəhidin ailə üzvündən pensiya təyin edlməsi üçün digər müvafiq sənədləri qəbul edib təyinat aparır.
– şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri müvafiq sənədlərlə birbaşa Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə müraciət edir və təyinat aparılır.
Müavinət (aylıq) – şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 100 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Şəhidin ölüm haqqında şəhadətnaməsi onun ailə üzvü tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan müavinət almaq hüququ olan ailə üzvlərinə müavinət təyin edilərək ödənişə göndərilir.
Ətraflı
Mənzil təminatı – 1 yanvar 2020-cü ilədək eyni zamanda 2020-ci ildə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır.
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən rayon (şəhər) İcra Hakimiyyəti orqanlarına müraciət edilir, növbəlilik siyahıları rayon (şəhər) İcra Hakimiyyəti orqanları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilirlər.
Prosedur: Şəhid ailəsi üzvlərinin müraciəti əsasında.
Sanatoriya-kurort müalicəsi – şəhid ailəsi üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Tibb müəssisələrinin göndərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə.
Təhsil – şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən);
Özünüməşğulluğun təşkili: Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada “Məşğulluq Altsistemi”nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada “Məşğulluq Altsistemi”nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Şəhid ailəsi üzvlərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada “Məşğulluq Altsistemi”nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Kvotadan əlavə iş yerlərinin yaradılması: Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada “Məşğulluq Altsistemi”nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada “Məşğulluq Altsistemi”nə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracitə etməlidir.
Əlavə – Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.