Erməni analitikdən müharibə iddiası: “Aİ buna görə missiya göndərir”

 

“Ötən gün məlum oldu ki, Avropa İttifaqı bir aydan sonra Ermənistana bu dəfə iki ay yox, ən azı iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir”.

Bu barədə Ermənistanın “Aravot” qəzeti yazır.

Nəşr xatırladıb ki, bundan əvvəlki iki aylıq missiya ilə bağlı qərar oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə verilib:

“Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının yerləşdirilməsinə razı olduğunu bildirib. 2022-ci il oktyabrın 20-dən dekabrın 20-dək Aİ-nin 40 nəfərlik müşahidəçi qrupu missiyanı həyata keçirib”.

Siyasi ekspert Vitali Manqasaryan “Aravot”a açıqlamasında Aİ-nin yeni müşahidə missiyasından nə gözlədiyini deyib:

“Bu missiyanı obyektivlik, peşəkarlıq və məntiqi baxımdan qiymətləndirmək üçün onların əvvəlki iki ayda gördüyü işlər və bu münasibətlə hazırlanmış hesabatla tanış olmaq vacibdir. Nə qədər ki o hesabatla tanış deyilik, bunun məzmunundan da xəbərsizik, iki illik missiya ilə bağlı gözləntilərdən danışmaq çətindir”.

Aİ-nin bundan əvvəlki missiyası ilə bağlı hesabat ictimaiyyətə açıqlanmayıb. O da maraqlıdır ki, iki aylıq missiyadan fərqli olaraq, gözlənilən müşahidə qrupu Ermənistanın bütün ərazisində müşahidə missiyası həyata keçirəcək.

Məsələyə münasibət bildirən Manqasaryan söyləyib:

“Əslində, avropalı müşahidəçilərə nəinki qaynar nöqtələrdə, hətta Ermənistanın bütün ərazisində müşahidə aparmağa icazə veririk. Bu kontekstdə Nikol Paşinyanın müxtəlif məqamlarda danışdığı “ehtimal olunan genişmiqyaslı müharibə” ilə bağlı bəzi təxminlərin və təhlükələrin olduğu güman edilir. Hesab edirəm ki, buna əsaslanaraq Ermənistan razılaşıb və avropalı müşahidəçilərə ölkənin bütün ərazisində missiya yerinə yetirmək hüququ verib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password