İlham Əliyev: “Bizim siyasətimiz hər zaman əməkdaşlığa əsaslanıb”

 

Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın düzgün hesablanmaması, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi əməkdaşlığı çətinləşdirir.

Bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.

Bunun etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxardığını qeyd edən dövlətimizin başçısı deyib: “Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.

Dövlətimizin başçısı müxbirin müvafiq sualına cavab verərkən buna daha bir misal olaraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səylərini göstərib.

“Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password