Laçın yolu məsələsi belə həll oluna bilər – “Azərbaycan post qurur və…”

 

“Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu müddətdə Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə fəaliyyətləri də nəticə verməyib:

“Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkanın yaradılmasıdır. Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşır. Bu sualın bir neçə cavab variantı var:

Birinci variant: Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.

İkinci variant: Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir”.

Üçüncü varianta gəldikdə, Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi ilə bağlı deyil:

“Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə, fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu, 2020-ci ilin 10 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password