ABŞ ilin ilk günlərindən hərəkətə keçdi – Cənubi Qafqazda tarazılıq dəyişir

 

“ABŞ ilin ilk günündən başlayaraq, Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ələ alır”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir:

“ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı aparacaq. Telefon danışığında sülh müqaviləsi ilə bağlı əldə olunan razılaşmaların icrası, Laçın yolu ilə bağlı məsələlər və İrəvanın Vaşinqton gündəliyinə qayıtması müzakirə ediləcək. Bu çərçivədə Blinkenin nazirlərin növbəti görüşünü təşkil edəcəyi istisna deyil. Vaşinqton fəallığını artırmaqla İrəvanın manipulyasiya siyasətinin qarşısını almağa və müsbət nəticəyə yönələn mövqe ortaya qoymağı planlayır. Əgər xarici işlər nazirləri görüşəcəksə, mart ayına kimi ABŞ-ın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü də baş tuta bilər. ABŞ öz vasitəçiliyi ilə belə bir görüşün keçirilməsində israrlıdır.

Zənnimcə, ABŞ Rusiyanı prosesdən kənarlaşdırmaq üçün fəallığını maksimum artıracaq. Vaşinqton Moskvadan fərqli olaraq, Cənubi Qafqazda sülhün əldə edilməsinə çalışır və Azərbaycanın tədqim etdiyi prinsipləri danışıqlarda əsas komponentlər olaraq qəbul edir.

 

Ağ Ev liderlərin görüşünü Avropada yox, Vaşinqton və ya Tiflisdə təşkil edə bilər. Azərbaycan ABŞ-ın vasitəçiliyinə etimad edir. Amma İrəvanın mövqeyində dəyişiklik üçün Vaşinqtonun siyasi təzyiqinə ehtiyac var”.

Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyan dəyişən geosiyasi reallıqlar fonunda Vaşinqton gündəliyindən kənarlaşsa, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qala bilər:

“Dəhliz məsələsinə gəldikdə, ABŞ həm Laçın, həm də Zəngəzur dəhlizində hər iki tərəfin suverenliyinin qorunmasını təklif edir. Ermənistan buna qarşıdır.

Eyni zamanda, Paşinyan ötən ilin son aylarında Rusiya variantına üstünlük verdiyini dəfələrlə bəyan edib. Amma Vaşinqtonun artan təzyiqləri fonunda Paşinyan görüşün Tiflisdə keçirilməsi ideyasını da dəstəklədiyini bildirib. Hesab etmək olar ki, artıq danışıqlar prosesini ABŞ aparacaq. Vaşinqton Ermənistana təzyiq edərək liderlərin görüşündə intensivlik yarada bilsə, sülh danışıqları istiqamətində irəliləyiş əldə etmək mümkün olacaq. Amma bunun tezliklə ola biləcəyini düşünmürəm. Çünki Ermənistan mövqeyində ardıcıl deyil”. /teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password