“Təkcə Ermənistanla yox, Azərbaycanla da müttəfiqik” – Zaxarova

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamasını şərh etməkdən imtina edib.

Brifinq zamanı Ermənistan-Azərbaycan nizamlanması məsələsində Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərini rəhbər tutması ilə bağlı sual da qaldırılıb.

“Dediyiniz siyasətçinin konkret nə demək istədiyini şərh etmək istəmirəm. Söhbət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Rusiyanın köməyindən gedirdisə, Rusiya burada ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmaları əsas götürür”, – Zaxarova bildirib.

Rusiya rəsmisi hesab edir ki, bunlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinin təşviqi üçün etibarlı əsasdır:

“Təbii ki, həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərinə bağlı olduğumuzu nəzərə alırıq. Ona görə də vasitəçi olaraq həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistanda insanlar bundan xəbərdardır”.

Zaxarovanın sözlərinə görə, əgər söhbət KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən gedirsə, o zaman İrəvan maraqlı olarsa, təşkilata üzv olan bütün ölkələr Ermənistana müşahidə missiyası göndərməyə hazır olacaqlar.

Armen Qriqoryan bir müddət əvvəl bildirmişdi ki, Ermənistan öz “suverenliyini qorumaq” üçün Rusiyadan kömək və müvafiq addımlar gözləyir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password