İrəvan təşvişdə: Moskvadan imtina baha başa gəlir…

 

23 dekabra Moskvada nəzərdə tutulan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşündən İrəvanın imtinası ətrafında qalmaqal davam edir.

Rusiyanın bu məsələyə kəskin reaksiyası, xüsusilə XİN rəhbəri Sergey Lavrovun mətbuat konfransında Ermənistana ünvanlanan sərt ritorikası İrəvanda ciddi narahatlıq yaradıb.

Rəsmi İrəvan Moskvadan imtinanın səbəb olacağı fəsadları sanki indi dərk edib və əl-ayağa düşüb.

Məsələ barədə danışan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvan xarici işlər nazirlərinin Moskva görüşünü boykot etməyib.

O, “özünəbəraət” olaraq bildirib ki, guya “böhran və təhlükə şəraitində danışıqlar aparmaq çətindir”.

Halbuki Lavrov da məhz böhran vaxtı danışıqların əhəmiyyətli olduğunu, ölkəsinin mövqeyinin ifadə edilməsinin əhəmiyyətini vurğulamışdı.

“Laçında böhran olduğuna görə biz getmədik. Laçın dəhlizinin tezliklə açılması üçün genişmiqyaslı işlərə ehtiyac var. Bu məsələnin həlli ilə bağlı bizim xarici siyasətə cavabdeh olan siyasi komandamız məşğuldur. Biz situasiyanı dəyərləndirdik və anladıq ki, bu, fəaliyyətimizin koordinasiyası üçün ən yaxşı variantdır”, – deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, Mirzoyanın Moskvaya səfərdən imtinası Ermənistanın Rusiyanı saymaması kimi qarşılanıb. Rusiyada bir çox ekspert Ermənistanın Moskva platformasından imtina üçün hər bəhanədən yararlandığı haqda açıqlamalar verir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password