İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

   

İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

Bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

Onun sözlərinə görə, iranlı oyunçular özlərini “düzgün aparmasalar”, onların qohumları həbs və işgəncə ilə hədələniblər.

İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, İran – ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password