Serbiya ilə münasibətlərin strateji xarakteri: Yeni əməkdaşlıq imkanları – Şərh
Azərbaycan son illər Mərkəzi və Şərqi Avropa ölkələri ilə energetika sahəsində geniş əməkdaşlığa üstünlük verir. Ölkəmizin xarici siyasət trendində bu coğrafiyanın xüsusi əhəmiyyəti vardır. Avropanının ciddi enerji böhranı yaşadığı bir dövrdə Azərbaycan ən etibarlı enerji mənbəyi kimi nəzərdən keçirilir.
Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, bu il oktyabrın 1-də Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz-İnter-Konnektorunun açılışı mərasimində iştirak etdi: “Bu mərasimdə Serbiya prezidenti Aleksandar Vuçiç də iştirak edirdi. Burada A.Vuçiç vurğulamışdı ki, Azərbaycan Prezidenti olmasaydı, Avropanın, xüsusi ilə də Mərkəzi və Şərqi Avropanın elektrik, qaz təchizatının diversifikasiyasını həyata keçirmək mümkün olmazdı. Azərbaycan Prezidentinin bu məsələdə oynamış olduğu çox təsirli rola Serbiya prezidenti tərəfindən diqqət çəkilib. Sözsüz ki, bu artıq Azərbaycan-Serbiya münasibətlərinin gələcək əməkdaşlığının konturları haqqında aydın təsəvvürlər yaradıb”.
Deputat hesab edir ki, ölkə başçısının bu səfəri Azərbaycan-Serbiya münasibətlərinin qurulmasının 25 illiyinə təsadüf edir: “1997-ci ilin avqust ayının 21-də Azərbaycanla Serbiya arasında ilk diplomatik münasibətlər qurulub. Bu ilin avqustun 21-də Azərbaycan-Serbiya prezidentləri arasında telefon danışığı baş tutdu. Burada iki ölkə arasında münasibətlərin 25 ilinin tamamolduğu xüsusi ilə qeyd edildi”.
Elşad Mirbəşiroğluna görə, Azərbaycanla Serbiya arasında münasibətlər və əməkdaşlıq dinamik xarakterə malikdir: “Bu günə qədər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən 44 sənəd imzalanlb. Ölkə başçısının bu səfəri zamanı da çox mühüm istiqamətləri əhatə edən əməkdşalıq sənədləri imzalandı. Eyni zamanda yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi. Bu münasibətlər artıq strateji xarakter daşıyır”.