KTMT-nin zirvə görüşü: Nikolun ümidi doğrulmur
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının İrəvanda keçirilən bugünkü zirvə toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyənə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”.
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Paşinyan sonrakı cümləsində təşkilatı həm şantaj edib, həm də boynuna minnət qoyub:
“Bildirib ki, birincisi, KTMT-nin passivliyi təşkilatın Ermənistan daxilindəki imicinə mənfi təsir edib, ikincisi, təşkilat Qazaxıstanın istəyinə müsbət cavab verib bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir.
Paşinyanın ilk çıxışındaca təşkilatdan şikayət edəcəyi gözlənilən idi. KTMT-nin İrəvandakı zirvə toplantısı da ermənilərin ümidini doğrultmayacaq. Təşkilat üzvləri Ermənistanın haqsız mövqeyinə görə tərəfdaşları olan Azərbaycanla münasibətləri gərginləşdirmək istəmirlər. Buna baxmayaraq, KTMT Paşinyanın gözünün yaşını silmək üçün Azərbaycan-Ermənistan təmas xəttində monitorinq aparmağa qərar verə bilər. Bunun Azərbaycan üçün təhlükəsi yoxdur, Ermənistanla təmas xəttində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır və heç bir güc və təşkilat bizi geri çəkilməyə məcbur edə bilməz”.