XTQ qazisinin anası: Məni şərləyib işdən uzaqlaşdırdılar
Paytaxtdakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərova işdən çıxarılıb. Məsələ ilə bağlı müraciət edən Elza xanım qərarın ədalətsiz olduğunu bildirib:
“Mən Cəfərova Elza Nurəddin qızı 22 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Yaxın bir zamanda məktəb direktorunun, təlim -tərbiyə işləri üzrə direktor müavininin, təsərrüfat işləri üzrə direktor müavininin məktəbdə nizam-intizamsızlıq, korrupsiya ilə əlaqədar işdən azad edildikləri Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edildikdə ilk məqsədim məktəbdə nizam-intizam yaratmaq idi. Belə ki, məktəbdə nizam-intizamsızlıq baş alıb gedirdi. Hətta şagirdin məktəbə bıçaq gətirdiyini də aşkar eləmişdim. Bununla bagli faktlarim var.Çalışdım ki, məktəbdə nizam-intizam yaradım. Ancaq bu, mənimlə əvvəldən ədavət aparan bir neçə şəxsə xoş gəlmədi. Ona görə də mən, hətta Vətənə şəhid verən, qazi verən vəfat etmiş atam da təhqir edildi. Mənim özümə nalayiq sözlər deyildi. Bütün bu təhqirlər məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Humay Paşayeva tərəfindən sabiq direktor əvəzi Elnur Bayramovun gözü qarşısında baş verdi. İşə təyin olunduğum gündən mənə problem yaratmağa çalışırdılar. 102 cağrı mərkəzinə zəng edərək narahat olunduğumu bildirdim ve bununla bağlı araşdırılma aparıldı.Paşayeva və onun ətrafı tərəfindən müəllim adına yaraşmayan sözlərə məruz qalmışam, bununla bağlı faktla dəlillərim var. Bakı Şəhər Təhsil İdarəsinin araşdırma etmədən, digər müəllimləri dinləmədən qərar verməsinə etiraz edirəm. Mən İkinci Qarabağ müharibəsi qazisi,XTQ döyüşçüsünün anası, Birinci Qarabağ müharibəsi veteranı yoldaşı və iki gözdən əlil olan müharibə iştirakçısının bacısı olaraq bu məsələnin araşdırılıb ədalətli qərar verilməsini istəyirəm”.
Elza xanım ona qarşı olan qərəzin səbəbini də açıqlayıb.
“Mənim işlədiyim vəzifə 8 il öncə Humay Paşayeva tərəfindən alınaraq məni onun yerinə onu isə mənim yerimə yerdəyişmə etmişdilər.Oğlum XTQ döyüşçüsü, Şuşa fatehi olduğu üçün illər sonra bu məsələyə nəzər yetirib məni yenidən ondan üstün vəzifəyə təyin etdilər, ancaq bu, Humay Paşayevanın xoşuna gəlmədiyinə görə, mənə qarşı qərəzli təbliğat başladı. BŞTİ digər müəllimləri deyil də Humay xanım və onun ətrafında olan 4-5 xanımın sözlərini üstün tutaraq məni işdən azad etdilər. Əsaslı fakt olmadan cəmi 40 gün təyin olunan yeni işçini rəsmi olaraq töhmət, xəbərdarlıq etmədən işdən azad etdilər.
BŞTİ sözügedən məktəbin problemli məktəb olduğunu bildiyi halda bu qərarı verdi. Halbuki Paşayeva korrupsiyayaya görə töhmət almışdır.
İndi paylaşılan yazılarda isə yalnız mənim adım hallanır, Humay Paşayevanın deyil və rəsmi qərar gəlmədən mənim adıma xəbərin çıxmasına etiraz edirəm. Hazırda Humay xanım və ətrafı xəbərlər yazdıraraq məni narahat edən məlumatlar paylaşırlar.
Humay Paşayeva mənim gəldiyim gündən etibarən “10 min manat pul verərək onu çıxartdıracam” sözlərini ətrafına bildirib, və məni 235 nömrəli məktəbə bir həftə olar təyin etmişdilər ki, yenidən BŞTİ çağıraraq meni gəldiyim məktəbə qaytarmağı təklif etdilər. Mən bunu qəbul etmədim.235 nömrəli tam orta məktəbin sabiq direktoru Elnur Bayramov 216 nömrəli tam orta məktəbdən müəllimlər arasında münaqişə və məhkəməyə düşərək 235 nömrəli məktəbə təyin edilib. Həmçinin bir il ərzində üç dəfə məktəb 243, 235 ve 168 nömrəli məktəblərə təyin edilib. Münaqişəli şəkildə başqa məktəblərə təyin edilən Elnur Bayramovun bu məsələlərə rəy bildirməkdə məqsədi nədir? Humay Paşayeva və onun yoldası Pirallahı rayonunda lombard işlədərək Pirallahı sakinlərindən külli miqdarda pul mənimsəmişdir. Lakin yoldaşı intihar edərək varını və evlərini Humay Paşayevaya qoymuşdur. Dəfələrlə Humay Paşayeva haqqında qəzetlər məlumat verib. Bu gün qızı məhkəmədə Humay Paşayevanın dediyinə görə, hakim köməkçisi işləyir və Paşayeva bundan istifadə edir.Bu məsələlərin dərindən araşdırılmasını və haqlı olanın tərəfində olmağınızı sizdən xahiş edirik”/tribuna.az