General Türkiyəni təhdid etdi: “Hücum etmək istəyirlərsə…”

 

Yunanıstanın Baş Qərargah rəisi, general Konstantinos Floros Silahlı Qüvvələr Günü qeyd etmələri ilə bağlı çıxışında Türkiyəni təhdid edib.

General Türkiyə analitiklərinin Ankaranın Suriya və Şimali İraqdakı əməliyyatının “Yunanıstana mesaj” olduğunu deməsinə diqqət çəkib.

“Kim gəlmək kimi ölümcül səhv edərsə, yeni bir Marafon, yeni Salamis və yeni 731-lə qarşılaşacaqlarını əvvəlcədən bilməlidirlər”,- general Türkiyəni nəzərdə tutaraq deyib.

Floros Türkiyəni təhdid edərək qeyd edib:

 

“Kimin bizi təhdid etməsindən asılı olmayaraq silahlarımız, gücümüz Yunanıstanın azad və müstəqil olmasının qarantıdır. Nə zaman istəsələr gəlməyə qərar verərlər. Biz sülh istəyir və bunun üçün çalışırıq. Əminəm ki, yunanların keçmişdə çox təcrübəsi olub və ölkələrini qorumaq üçün mübarizə aparacaq. Bir zərrə torpaq, bir qaya, hətta bir yunan daşı üçün. Çünki biz onlara sahib olmaq üçün ağır bədəl ödəmişik”.

Qeyd edək ki, general Florosun istinad etdiyi Marafon eramızdan əvvəl 490-cı ildə gücləndirilmiş Afina qüvvələri ilə Yunanıstana ilk fars hücumu zamanı general Datisin rəhbərliyi altında Əhəməni ordusu arasında Marafon düzündə döyüşdür. Döyüş zamanı fars ordusunun məğlub ola biləcəyini görən yunanlar ruhlanaraq vuruşub. Yunanlar farslar üzərində qələbənin müəyyən mənada Marafon döyüşü ilə başladığına inanır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password