“Azərbaycana başqa seçim qoymurlar” – Paşinyan anlaşmanı pozur

 

“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan son müsahibəsində xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə öz təkliflərini verdiklərini bildirib:

“Azərbaycanın taqdim etdiyi və ABŞ-ın da qəbul etdiyi sülh müqaviləsinə dair təkliflərinə Paşinyan növbəti dəfə “status”la müdaxilə etməyə cəhd göstərir. Görünən budur ki, Paşinyan Fransa və Rusiyanın diktəsi ilə Vaşinqton gündəliyini pozmağa çalışır. Hazırda Ermənistan baş nazirinin əsas niyyəti Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq və “Qarabağın statusu” məsələsini gündəliyə daxil etməkdir. O, bununla Azərbaycanın geri çəkiləcəyini düşünür. Təbii ki, yanılır. Amma Ermənistanın danışıqlarda maraqlı olmadığı bəllidir.

Ermənistan danışıqları pozmaq üçün üzərinə götürdüyü öhdəlikldən yayınaraq, Qarabağın dağlıq hissəsində qanunsuz şəkildə yerləşdirimiş hərbi birləşmələrinin ləğvi ilə bağlı “şərt” sürür. Həmçinin 10 noyabr bəyanatının bəndələrini öz maraqlarına uyğun şəkildə izah etməyə çalışır. Məğlub olan, kapitulyasiya aktında imza atan, amma həmin aktın 4-cü bəndini yerinə yetirməyən Paşinyan hər vəchlə gərginliyi onun və ölkəsinin xeyrinə olmayacaq formada artırır. Göründüyü kimi, bütün vasitələrlə imza atdığı bəyannamənin bəndələrini yerinə yetirməkdən boyun qaçırır”.

 

Məhəmməd Əsədullazadənin fikrincə, indiki məqamda Ermənistanla sülh müqaviləsinin bağlanması üzrə danışıqlarda irəliləyiş gözlənilmir:

“Artıq Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdən terrorçu-separatçı silahlı birləşmələr Azərbaycan ordusunun mövqelərinə atəş açaraq, təxribatlara başlayıblar. Bu prosesə Rusiya “sülhməramlı qüvvələr”inin separatçılara ciddi dəstəyi aydın görünür.

Həmin ərazilərdə “sülhməramlı qüvvələr”in olmasına baxmayaraq, Azərbaycan ordusu hərbi əməliyyatlar keçirə bilər. Eləcə də Azərbaycan Avropa Birliyinin müşahidə missiyasının təmas xəttində yerləşməsinə rəğmən, təxribat olacağı təqdirdə Ermənistan ərazilərindəki hərbi hədəflərə zərbələr endirmək hüququnu özündə saxlayır.

Bundan başqa, Laçın dəhlizinin bağlanması üçün Azərbaycanın əlində tutarlı faktlar var. Azərbaycanın bu istiqamətdəki tədbirləri Ermənistanın davranışından asılı olacaq. Görünən budur ki, seçim üçün çox variant qalmayacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password