İran hakimiyyəti məhkəmə sisteminə çağırış etdi: “Bütün etirazçılar edam olunsun”

 

İran parlamentinin 227 üzvündən ibarət qrup məhkəmə sisteminə etirazçıların cəzalandırılması ilə bağlı çağırış edib.

Onlar hökumət əleyhinə nümayişlərdə iştirak edən bütün həbs edilmiş vətəndaşların “ciddi cəzalandırılmasını” istəyib.

“Biz məhkəmə orqanlarından xahiş edirik ki, bu cinayətləri törədənlərə və cinayətlərin törədilməsinə kömək edənlərə, həmçinin iğtişaşlar törədən bütün şəxslərə qarşı qətiyyətli tədbirlər görsünlər”, – deyə deputatların bəyanatında deyilir.

Bu arada İranın Beynəlxalq Xəbər Xidməti xəbər verir ki, iranlı deputatlar məhkəmə orqanlarından həbs olunan etirazçılara ölüm hökmünün çıxarılmasını xahiş edib.

Parlamentdə oxunan bəyanatda millət vəkilləri etirazçıları “muharib” adlandırıb ki, bu da ərəb dilində hərfi mənada “döyüşçü” mənasını verir. İslam qanunlarında və ya şəriətdə isə bu, “Allahın düşməni” anlamına gəlir və ölümlə cəzalandırılır. Bundan əlavə, deputatlar etirazçıları “insanların həyatına və mülkünə hücum edən” İŞİD üzvləri ilə müqayisə ediblər.

İlkin məlumatlara görə, bu gün İranda hökumət əleyhinə etirazlar səbəbindən həbs olunan 15 minə yaxın məhbus var.

İran İnsan Haqları Təşkilatı öz növbəsində parlament üzvlərinin etirazçıları edam etməyə çağıran bəyanatını kəskin şəkildə pisləyib. Xatırladılıb ki, İslam Şurası (İranın birpalatalı parlamenti) üzvləri hökumət tərəfindən seçilir və xalqın nümayəndələri hesab edilmir.

“Etirazlar – xalqın ayrılmaz hüququdur, etirazçıların öldürülməsi və onlara ölüm hökmünün verilməsi isə beynəlxalq cinayətdir. Etirazçıların edamını tələb edənlər bu cinayətdə iştirak edirlər və buna görə məsuliyyətə cəlb edilməlidirlər”, – deyə İran İnsan Haqları Təşkilatının  direktoru Mahmud Əmiri Moqadam öz “Twitter” hesabında qeyd edib.

Mənbə: “Reuters”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password