“Bavariya” yeni rekorda imza atıb
Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Məlumata görə, Münhen təmsilçisi buna VI turda İtaliya “İnter”ini 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
Ölkə çempionu qitənin bir nömrəli klub turnirində 3 mövsümdə qrup mərhələsinin bütün oyunlarında qələbə qazanan yeganə komanda adına sahib çıxıb.
“Bavariya” 2019/2020 və 2021/2022 mövsümlərində də eyni uğura imza atıb.
19992/1993 mövsümündə İtaliyanın “Milan”, 1994/1995 mövsümündə Fransanın PSJ, 1995/1996 mövsümündə Rusiyanın “Spartak” (Moskva), 2002/2003 mövsümündə İspaniyanın “Barselona”, 2011/2012 və 2014/2015 mövsümlərində “Real Madrid”, 2021/2022 mövsümündə isə İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” komandaları qrupdakı bütün qarşılaşmalarında qalib gəliblər.